Şərtlər və qaydalar

İstifadəçilər üçün Xidmət Şərtləri


Aptekshop Xidmətindən istifadə etməklə, siz İstifadəçilər üçün bu Xidmət Şərtləri ilə razılaşmış olursunuz (“Xidmət Şərtləri”). 

Xahiş edirik, Aptekshop xidmətindən istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxuyun. Əgər Xidmət Şərtləri ilə razı deyilsinizsə, Aptekshop Xidmətindən istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri Aptekshop Xidmətindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alqı-satqı müqavilələrinə şamil edilir. Aptekshop Xidmətinin daha ətraflı təsviri və sistem tələbləri haqqında məlumat aptekshop.az saytında mövcuddur.

Sizin Aptekshop-da İş Hesabınız varsa, bu Xidmət Şərtləri Aptekshop-da İş Funksiyası vasitəsilə sifariş verdiyiniz Sifarişlərə münasibətdə Sizə Aptekshop-da İş Funksiyası verən müştəri təşkilatımıza ("Müştəri Təşkilatı") da şamil olunur. Bu Xidmət Şərtləri və Müştəri Təşkilatı üzrə tətbiq olunan Aptekshop Korporativ Qaydalar və Şərtləri arasında hər hansı bir uyğunsuzluq olduqda, Aptekshop Korporativ Qaydalar və Şərtləri üstünlük təşkil edəcəkdir.

1. Anlayışlar 

"Tərəfdaş (Partnyor)" Aptekshop ilə tərəfdaşlıq müqaviləsi bağlayan və məhsullarını və çatdırılma xidmətlərini Aptekshop Xidməti vasitəsilə təklif edən aptek və ya digər xidmət tərəfdaşı deməkdir.

 "Alqı-satqı müqaviləsi" Sifariş əsasında Tərəfdaşın məhsullarını və mümkün çatdırılma xidmətlərini satın almağa dair sazişi bildirir. Aptekshop-da İş Funksiyası vasitəsilə edilmiş Sifarişlərlə əlaqədar olaraq, Alqı-satqı müqaviləsi Tərəfdaş və Müştəri Təşkilatı arasında icrası məcburi müqavilə yaradır. İstifadəçinin hər hansı digər ödəmə üsulu ilə yerləşdirilmiş Sifarişlərinə gəldikdə, Alqı-satqı müqaviləsi Tərəfdaş və İstifadəçi arasında icrası məcburi müqavilə yaradır.

 “Aptekshop”:

 Azərbaycan, Bakı, Rəşid Behbudov küçəsi 48, AZ1000 ünvanı üzrə yerləşən Aptekshop MMC şirkəti.

"Aptekshop Tətbiqetməsi" Aptekshop tərəfdaşlarından məhsul sifariş etmək üçün fiziki və hüquqi şəxslər üçün Aptekshop tərəfindən yaradılan Aptekshop adlanan rəqəmsal tətbiqi (app.) ifadə edir.

"Aptekshop-da İş Hesabı" Aptekshop -da İş Funksiyasının əlavə edilmiş olduğu Aptekshop Tətbiqetməsində istifadəçi hesabı deməkdir.

"Aptekshop-da İş Funksiyası", Müştəri Təşkilatının səlahiyyət verdiyi İstifadəçilərin Müştəri Təşkilatının hesabına Sifarişlər verə biləcəyi Aptekshop Tətbiqetməsinin ödəniş metodu və xüsusiyyətini bildirir.

"Aptekshop Xidməti" həm Aptekshop Tətbiqetməsi, həm Aptekshop-un veb-saytı olan aptekshop.az, həm də aptekshop.az saytında qeyd edilən digər əlavə yerlər deməkdir.

"İstifadəçi" və ya "siz" Aptekshop Xidmətindən istifadə edən fiziki şəxsi bildirir.

"Pərakəndə Məhsullar" - Aptekshop xidməti üzrə Tərəfdaşın təqdim etdiyi ərzaq məhsulları, istehlak məhsulları, məişət məhsulları və digər istehlak malları deməkdir.

2. Aptekshop-un kimliyi

  • Ünvanı: Azərbaycan, Bakı, Rəşid Behbudov küçəsi 48, AZ1000 ünvanı üzrə yerləşən Aptekshop MMC şirkəti.
  • Ticarət adı: "Aptekshop",

*Xahiş edirik nəzərə alın ki, Aptekshop Xidməti sizə hüquqi olaraq həmin ölkədə yerləşən hüquqi şəxs tərəfindən təqdim olunur, ödəniş xidmətləri isə Aptekshop MMC adından üçüncü tərəf ödəniş xidməti provayderi vasitəsi ilə həyata keçir. Bu, həmçinin o deməkdir ki, Aptekshop MMC  mümkün ola bilən ödəniş qaytarılmalarına, şikayətlərə və digər Aptekshop Xidmətində olan tranzaksiyalara aid sorğulara görə cavabdehdir. Beləliklə, Aptekshop Xidmətinə aid olan hər hansı bir mübahisə və ya şikayət yarandığı halda, siz yuxarıda qeyd olunan məlumatlarla Aptekshop MMC ilə bir-başa əlaqə saxlaya bilərsiniz.

Tərəfdaşların kimliyi və məhsulları və xidmətləri haqqında məlumat Aptekshop Tətbiqetməsivə Aptekshop veb-saytı vasitəsilə veriləcəkdir.

3. Aptekshop Xidmətinin təsviri

3.1. Aptekshop, İstifadəçinin dərman pereparatları ala biləcəyi, Kosmetoloji vasitələr və xüsusi Tərəfdaşlardan alınan digər məhsulları ilə əlaqədar İstifadəçilərə çatdırılma xidmətləri sata biləcəyi bir platforma təmin edir.

 3.2. Tərəfdaşlar Aptekshop Xidmətində öz məhsul və xidmətləri, o cümlədən dərmanlar, allergiyalar və məhsulqiymətləri haqqında məlumat verirlər. İstənilən vaxt tətbiq olunan çatdırılma haqlarına dair məlumat Aptekshop Xidmətində göstərilir. Allergiya və ya digər xarakterli məhdudiyyətləriniz varsa, müvafiq Tərəfdaşla əlaqə saxlayın. Tərəfdaş tələb olunduğu halda dərman və ya digər məhsul barədə məlumat verəcəkdir. Tərəfdaşın məhsul və xidmətlərinin alqı-satqısına Aptekshop Xidmətində göstərilən Tərəfdaşların əlavə şərt və müddəaları da tətbiq edilə bilər. İstifadəçi Tərəfdaşdan almaq istədiyi Tərəfdaşın məhsul və xidmətlərini seçərkən, İstifadəçi Aptekshop Xidmətində sifariş yerləşdirməzdən əvvəl İstifadəçiyə təqdim olunan qaydalar və şərtlərlə Tərəfdaşdan məhsul və xidmətlər almaq üçün icrası məcburi sifariş ("Sifariş") verir. Sifarişi aldıqdan sonra Aptekshop Sifarişin detallarını Tərəfdaşa ötürür. Sifariş Tərəfdaş tərəfindən qəbul edildikdə və Aptekshop İstifadəçiyə Tərəfdaşın adından sifarişin təsdiq olunması haqqında məlumatı təqdim etdikdə, İstifadəçi və ya Müştəri Təşkilatı və Tərəfdaş Alqı-satqı müqaviləsinə daxil olur. Aptekshop, İstifadəçiyə qəbz təqdim edəcəkdir Sifariş Tərəfdaş tərəfindən qəbul edildikdə və Sifarişin təsdiq olunması haqqında məlumat İstifadəçiyə təqdim edildikdə, Tərəfdaşın məhsullarını satın almaq üçün Tərəfdaşla bağlanan Alqı-satqı müqaviləsinə daxil olmaqdan əlavə olaraq, İstifadəçi və ya Müştəri Təşkilatı və Aptekshop istifadəçi tərəfindən Aptekshop Xidməti vasitəsilə sifariş verilmiş istənilən çatdırılma xidmətlərinin alınması üçün hüquqi cəhətdən icrası məcburi müqavilə bağlayır. Pərakəndə Məhsulların qiyməti sifarişin yerləşdirilmə tarixinə olan qiymətə əsasən müəyyən edilir. Qeyd edək ki, qablaşdırılmış məhsulların çəkisinin dəyişdiyi halda göstərilən qiymət və qablaşdırılmış məhsulların yekun qiyməti arasında cüzi qiymət fərqi yarana bilər.

Tərəfdaş Aptekshop Xidmətində allergenlər və Pərakəndə Məhsullar haqqında digər zəruri məlumatları təqdim edir. Tərəfdaş Pərakəndə Məhsullar haqqında bütün məlumatların qüvvədə olan qanunvericiliyin və normativ aktların tələblərinə uyğun olaraq verilməsinə görə məsuliyyət daşıyır. Tətbiq edildiyi hallarda, Tərəfdaş satış qiymətinin və vahid qiymətin müvafiq qanunvericiliyə uyğun olaraq göstərilməsinə görə də məsuliyyət daşıyır.

Tərəfdaş Aptekshop xidmətində yerləşdirilmiş Pərakəndə Məhsulların seçimini və qiymətini müstəqil şəkildə müəyyən edir. Tərəfdaş Sizin Sifarişinizin miqdarına və ölçüsünə dair məhdudiyyətlər kimi müəyyən digər məhdudiyyətlər qoya bilər. Tərəfdaş istənilən Pərakəndə Məhsulların mövcudluğu ilə bağlı hər hansı məhdudiyyətlər barədə məlumatın verilməsinə dair məsuliyyət daşıyır. İstifadəçi razılaşır ki, məhsulun müvəqqəti olaraq mövcud olmadığı halda Tərəfdaş Sizin Sifarişinizi bu məhsulu Sifarişə daxil etmədən yerinə yetirəcək. Sifarişin rəsmiləşdirilməsi zamanı Sizdən mövcud olmayan məhsullar üçün heç bir haqq tutulmayacaq.

3.3. İstifadəçi tərəfindən seçilmiş Tərəfdaş Sifarişdə göstərilən məhsulları İstifadəçi üçün hazırlayır. Aptekshop, Alqı-satqı Müqaviləsinin Tərəfdaş tərəfindən lazımi qaydada icrası üçün İstifadəçi qarşısında cavabdeh deyil və ya məsuliyyət daşımır. Aptekshop, İstifadəçi tərəfindən Aptekshop.az-dan Sifariş əsasında sifariş edilmiş çatdırılma xidmətlərinin icrası üçün bu Xidmət Şərtlərində göstərildiyi qaydada məsuliyyət daşıyır.

3.4. Sifariş İstifadəçi tərəfindən yerləşdirildikdən sonra, Sifariş İstifadəçi tərəfindən ləğv edilə bilməz. Məhsullar və ya çatdırılma xidmətləri üçün Sifariş artıq yerləşdirilmişdirsə, siz onu geri götürə və ya ləğv edə bilməzsiniz. Məhsul və ya xidmət üçün Sifariş yerləşdirrməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirməlisiniz. Sifariş yerləşdirmək İstifadəçinin orada nəzərdə tutulmuş müvafiq müqavilə(lər)nin icrasının başlanmasına razılığını da ehtiva edir.

3.5. 3.4-cü maddənin tələblərinə baxmayaraq, istehlakçı olaraq, Siz, Pərakəndə Məhsulları təhvil aldığınız gündən etibarən 14 gün ərzində Pərakəndə Məhsulları sifariş etmək hüququna maliksiniz. Bu cür Sifarişi Siz yuxarıda göstərilən ləğvetmə müddəti ərzində Aptekshop və ya Tərəfdaş ilə əlaqə saxlayaraq, həmçinin Məhsulu sifariş etdiyiniz Tərəfdaşın satış nöqtəsinə çatdıraraq ləğv edə bilərsiniz. Xahiş edirik ki, məhsulu geri qaytararkən Aptekshop və ya Tərəfdaşdan aldığınız qəbzi təqdim edəsiniz. Məhsulun qaytarılması və ya məhsulun qüsuruna, zədələnməsinə və ya digər çatışmazlığına görə vəsaitin geri ödənilməsi ilə bağlı Aptekshop ilə əlaqə saxladığınız halda, o bu qüsurları sənədləşdirmək və yoxlamaq məqsədilə müvafiq məhsulun şəklini göndərməyinizi Sizdən xahiş edə bilər. Qeyd edək ki, Tərəfdaş bu tələblərə əlavə olaraq tətbiq olunan digər şərtlər və ya zəmanətlər müəyyən edə bilər. Tərəfdaş belə şərtlər haqqında məlumatı Aptekshop xidmətində İstifadəçiyə ayrıca olaraq təqdim edir.

İstehlakçıların tətbiq olunan qanunvericiliklə müəyyən edilmiş ləğvetmə hüquqları Aptekshop tərəfindən məhdudlaşdırıla bilər.

Aşağıdakılar daxil olmaqla, bəzi məhsullar istehlakçıların ləğvetmə və qaytarma hüququndan qanunla istisna edilə bilər:

Təbiətinə görə yenidən satışa çıxarılması mümkün olmayan və ya tez bir zamanda korlanan və ya köhnələn digər məhsullar

Təbiətinə görə təhvil alındıqdan sonra digər məhsullardan ayrılmaz hala gələn məhsullar

Oyunlar, filmlər, proqram təminatı və digər möhürlənmiş məhsullar möhürün və bu cür məhsulların qablaşdırılmasının açılma anından etibarən ləğv edilə bilməz

Qablaşdırılması açıldıqdan sonra gigiyenik və intim gigiyena vasitələri

İstifadəçi spesifikasiyalarına və təlimatlarına uyğun olaraq fərdi sifarişlə hazırlanmış və ya istehsal edilmiş məhsullar

Bu o deməkdir ki, Siz öz ləğvetmə hüququnuza istinad edərək, məsələn, dərman perapartlarını və ya digər məhsulları satın alındıqdan sonra geri qaytara bilməyəcəksiniz. Bu cür Pərakəndə Məhsullar üzrə Sifarişinizi onu verdikdən sonra geri ala, ləğv edə və ya dəyişdirə bilməyəcksiniz. Sifariş verməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirin.

3.6. Pərakəndə Məhsullar Sifarişin ləğv edildiyi andan mümkün olan ən tez zamanda, lakin Sifarişin ləğv edildiyi tarixdən etibarən 14 gündən gec olmayaraq geri qaytarılmalıdır. Qaytarılan məhsul istifadə edilməmiş və yenidən satışa yararlı vəziyyətdə qaytarılmalıdır. Məhsul uyğun şəkildə qorunmalı və ilkin qablaşdırmada və ya bənzər şəkildə qablaşdırılmalıdır. Geri qaytarılmış məhsulun hər hansı bir şəkildə azaldığı və ya dəyişdirildiyi halda, Siz ödənişin tam geri almaq hüququna malik deyilsiniz.

3.7. Ləğv ediləcək Pərakəndə Məhsulların geri qaytarılması, Aptekshop xidməti vasitəsilə sifariş etdiyiniz Tərəfdaşın satış nöqtəsinə çatdırılmalıdır. Pərakəndə Məhsulları geri qaytarmaq üçün satış nöqtəsində müştəri xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik. Satış nöqtəsini Aptekshop və ya Tərəfdaşın təqdim etdiyi qəbzdən yoxlaya bilərsiniz. Siz Pərakəndə Məhsulların qaytarılması ilə əlaqədar çəkilən xərclərin ödənilməsinə görə məsuliyyət daşıyırsınız. İstifadəçi tərəfindən həyata keçirilmiş ödəniş, geri qaytarılan məhsulun və ya geri qaytarılmanın təsdiqinin Tərəfdaş tərəfindən alınması şərtilə, Sifarişin ləğv edilməsi barədə bildirişin alınmasından 14 gün ərzində Aptekshop tərəfindən geri qaytarılacaq. Aptekshop geri qaytarılan vəsaiti Sizin istifadə etdiyiniz eyni ödəniş üsulu ilə və Sifarişi həyata keçirdiyiniz eyni bank hesabına qaytaracaqdır. Sifarişin Çatdırılması həyata keçirildikdə, çatdırılma xərcləri geri ödənilmir.

4. İstifadəçi Hesabları

4.1. Sizin Aptekshop Xidmətini vaxtaşırı olaraq yalnız burada göstərilən məqsədlər üçün sizə təqdim etdiyimiz formada istifadə etmək üçün məhdud, qeyri-müstəsna, başqasına ötürülə bilinməyən və sublisenziya verilə bilinməyən hüququnuz var. Apple-ın App Store mağazasından yüklənmiş iOS / Google-nin Play Store mağazasından Aptekshop Tətbiqetməsi üçün İstifadəçiyə verilən lisenziya, Aptekshop Tətbiqetməsinin istifadəçinin sahibi olduğu və ya nəzarət etdiyi hər hansı Apple brendi və ya Android Smartfonu olan məhsulda istifadəsi üçün lisenziya ilə və App Store-un / Play Store-un Xidmət Şərtləri və bu Xidmət Şərtlərində göstərilən İstifadə Qaydaları ilə məhdudlaşır.

Burada açıq şəkildə verilməmiş hər hansı bir hüquq Aptekshop və Aptekshop lisenziyarları tərəfindən qorunur.

4.2. Aptekshop Xidmətindən istifadə etmək üçün İstifadəçi Aptekshop Xidmətində qeydiyyat qaydalarına əməl edərək istifadəçi hesabı yaratmalıdır. Hesabı qeydiyyatdan keçirmək üçün Istifadəçi adı və şifrənizi yaratmağı və Aptekshop-a adınızı, ünvanınızı, e-poçt nömrənizi və ən azı bir etibarlı ödəmə üsulu kimi müəyyən şəxsi məlumatları təqdim etməyinizi tələb edir. Hesabınızdakı dəqiq, tam və yenilənmiş məlumatları saxlamağa razılıq verirsiniz. Şəxsi məlumatlarınızın necə emal edildiyinə dair əlavə məlumat üçün Aptekshop-un Gizlilik Siyasətinə baxmağınızı xahiş edirik. Aptekshop Xidmətinin məlumatları şəxsidir (Aptekshop və Müştəri Təşkilatı arasında başqa cür razılaşdırılmadıqda). İstifadəçi hər hansı bir istifadəçi hesabı məlumatlarının və İstifadəçinin və ya Müştəri Təşkilatının istifadəçi hesabına daxil olmaq üçün tələb olunan ekvivalent məlumatların konfidensial saxlanmasını və üçüncü tərəflərin əldə edə bilməyəcəyi təhlükəsiz bir şəkildə istifadə edilməsini təmin etməlidir. İstifadəçinin yalnız bir şəxsi istifadəçi hesabı ola bilər. Hesabınızı silmək istəyirsinizsə, yuxarıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın.

4.3. Hər hansı səlahiyyətsiz şəxsin İstifadəçinin istifadəçi hesabı məlumatlarından xəbərdar olduğundan və ya İstifadəçinin istifadəçi hesabına daxil olmasından şübhələnildiyi təqdirdə, İstifadəçi bu barədə dərhal Aptekshop-a məlumat verməlidir. İstifadəçi Aptekshop Xidmətindən hər hansı istifadə üçün və İstifadəçinin istifadəçi hesabındakı hər hansı fəaliyyəti üçün cavabdehdir.

4.4. Aptekshop Xidmətindən istifadə etmək üçün siz etibarlı kredit kartı və ya digər ödəniş vasitəsi məlumatlarını Aptekshop-a təqdim etməlisiniz. Aptekshop, ödəniş vasitənizin məlumatlarını yaddaşda saxlamır, çünki bu Aptekshop tərəfindən istifadə edilən üçüncü tərəf olan ödəniş xidməti təminatçısı tərəfindən yerinə yetirilir. Siz Müştəri Təşkilatının hesabına Aptekshop-da İş Funksiyası vasitəsilə edilən alışlar istisna olmaqla, Aptekshop Xidmətindən istifadə etməyinizlə əlaqədar bütün alqı-satqılar üzrə ödəniş etməyə razılaşırsınız. Siz istifadəçi hesabınıza təqdim etdiyiniz kredit kartı və digər ödəniş məlumatlarını yenilənmiş şəkildə saxlamalısınız.

5. Ödənişlər

5.1. İstifadəçi və ya Aptekshop-da İş Hesabı üzrə Müştəri Təşkilatı, Aptekshop Xidmətinin müvafiq ödəmə funksiyasından istifadə edərək Sifarişdə göstərilən satınalma qiymətini ödəyəcəkdir. Aptekshop, Tərəfdaşın adından İstifadəçilərdən və ya Müştəri Təşkilatlarından bütün ödənişləri toplayır. Sifariş Aptekshop-da İş Funksiyasından istifadə olunmaqla edilirsə, İstifadəçi Aptekshop-da İş Funksiyası vasitəsilə Müştəri Təşkilatı adından ödənişi təsdiqləyir. İstifadəçi və ya Müştəri Təşkilatının ödəmə öhdəliyi Aptekshop Xidməti vasitəsilə Sifariş yerləşdirildikdə yaranır.

5.2. İstifadəçi bu ödəniş öhdəliyini yalnız Aptekshop Xidmətində təqdim olunan müvafiq onlayn ödəmə üsulundan istifadə etməklə yerinə yetirə bilər. İstifadəçi və ya Aptekshop-da İş Hesabı halında Müştəri Təşkilatı alış qiymətini Aptekshop-a ödəmişdirsə, İstifadəçi və ya Müştəri Təşkilatı Tərəfdaş qarşısında ödəmə öhdəliyini yerinə yetirmiş olur.

5.3. Ödəniş Sifarişin çatdırılmasından sonra İstifadəçinin kredit kartından və ya Müştəri Təşkilatının Aptekshop-da İş Funksiyası vasitəsilə avtomatik olaraq tutulur. Aptekshop Sifariş Aptekshop Xidməti vasitəsilə yerləşdirildikdən dərhal sonra Tərəfdaşın adından İstifadəçinin kredit kartında və ya Müştəri Təşkilatının Aptekshop-da İş Funksiyasında avtorizasiya etmək hüququna malikdir. Aptekshop, ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edir.

5.4. Nağd pul əlavə bir ödəniş metodudur. Nağd sifarişlərin geri qaytarılması Aptekshop krediti və ya başqa bir uyğun metodla həyata keçiriləcəkdir. Nağd sifariş edən bir istifadəçi razılaşdırılmış vaxtda və ya bundan sonra 5 dəqiqə sonra razılaşdırılmış çatdırılma yerində deyilsə, Aptekshop-un müştəri dəstəyi istifadəçi ilə əlaqə quracaq və ödəniş üçün uyğun bir razılaşma barədə razılığa gələcəkdir. Müştəri dəstəyi göstərilmədən sonra 24 saat ərzində istifadəçiyə çata bilmirsə, Aptekshop, istifadəçidən nağd pul seçimini ləğv etməyi və ya əlavə sifarişlər üçün istifadəçinin Aptekshop hesabını bağlamağı da ehtiva edən müvafiq tədbirlər görəcəkdir.

6. Aptekshop kreditləri və bonusları

6.1. Aptekshop Xidmətinin İstifadəçiləri Aptekshop Xidmətinə yeni istifadəçiləri abunə olmağa dəvət edərək Aptekshop kreditləri və ya bonusları əldə edə bilərlər. İstifadəçi Aptekshop Xidmətində alışlarında endirim əldə etmək üçün Aptekshop kreditləri və bonuslarından istifadə edə bilər.

6.2. Aptekshop.az Aptekshop kreditlərinin və bonuslarının verilməsi, istifadəsi və etibarlılığı ilə bağlı şərtləri birtərəfli qaydada müəyyən edə bilər.

6.3. Hər hansı abunəliklə əlaqədar bonus kreditləri və ya bonus xalları yalnız bir dəfə istifadə edilə bilər.

6.4. Aptekshop kreditləri və bonusları nağd pula dəyişdirilə bilməz.

6.5. Əgər Aptekshop Aptekshop kreditləri və ya bonusları hər hansı sui-istifadə halını aşkar edərsə və ya Aptekshop kreditləri və ya bonuslarının yanlış əsaslarla verildiyindən şübhələnər və ya bunları aşkar edərsə, Aptekshop kreditləri və bonusları ləğv ediləcəkdir, bu hallarda, Aptekshop həmin Aptekshop kreditləri və ya bonuslarından istifadə edərək ödənilən məbləğ üzrə qaimə verir.

7. Sifarişin çatdırılması

7.1. Əgər İstifadəçi Sifarişin çatdırılmasını Aptekshop Xidməti vasitəsilə sifariş verərsə, Sifariş Aptekshop Xidmətində İstifadəçi tərəfindən təsdiqlənən yerə çatdırılır. İstifadəçi Aptekshop Xidmətində təsdiq edilmiş yer üçün küçə ünvanı da təqdim etməlidir. İstifadəçi Aptekshop Xidməti üzrə verilən sifarişlərin çatdırılması üçün nəzərdə tutulmuş ünvan və təlimatların düzqünlüyü ilə bağlı məsuliyyəti yalnız özü daşıyır. Aptekshop İstifadəçi və ya Müştəri Təşkilatına çatdırılma xidmətlərini təqdim edir.

7.2. Aptekshop Xidmətindən istifadə edərkən bizim bəzi Tərəfdaşlarımız alış-verişin tələb olunan minimal dəyərini müəyyən edə bilərlər, bu halda Aptekshop Xidmətində sifariş verməzdən əvvəl sizə bu barədə xəbərdarlıq ediləcək. Sifariş tələb olunan minimal dəyərə uyğun gəlmədiyi təqdirdə, yaranan fərqi minimal dəyərə çatdırmaq məqsədilə ödəmək və ya Sifarişinizə əlavə məhsul daxil etmək imkanını əldə edəcəksiniz.

7.3. İstifadəçi İstifadəçinin Aptekshop Xidmətinə təqdim etdiyi telefon nömrəsində zəngləri qəbul etmək üçün əlçatan olmalıdır. Əgər İstifadəçi tərəfindən təqdim olunan telefon nömrəsinə zəng çatmazsa, çatdırılma Aptekshop tərəfindən ləğv edilə bilər və İstifadəçi və ya Müştəri Təşkilatından Sifarişin tam qiyməti tutula bilər.

7.4. İstifadəçi sifarişi ən qısa müddətdə çatdırılma şəklində (standart çatdırılma metodu) və ya müəyyən bir çatdırılma müddətini əvvəlcədən sifariş etməklə yerləşdirə bilər.

7.5. Standart çatdırılma seçimi: İstifadəçi Sifarişin hazırlanması ilə Sifarişdə göstərilən məhsulların alınması vaxtı arasında Sifarişdə göstərilən təsdiq edilmiş yerdə olmalıdır. Əgər İstifadəçi sifariş edilmiş məhsulların çatdırılmasından beş dəqiqə ərzində təsdiqlədiyi yerdə olmazsa və İstifadəçi çatdırılma edən kuryer tərəfindən iki əlaqə cəhdindən sonra cavab vermirsə, çatdırılma Aptekshop tərəfindən ləğv edilə bilər və İstifadəçi və ya Müştəri Təşkilatından Sifarişin tam qiyməti tutula bilər.

7.6. "Əvvəlcədən sifariş" çatdırılma seçimi: İstifadəçi Sifarişi almaq üçün əvvəlcədən sifariş edilmiş çatdırılma vaxtından on dəqiqə əvvəldən sifarişin çatdırılması anına qədər təsdiq olunmuş yerdə olmalıdır.

8. Tərəfdaşın satış nöqtəsində Sifarişin götürülməsi və alınması

8.1. Əgər İstifadəçi Sifarişdə göstərilən Tərəfdaşın məhsullarını çatdırmağı sifariş etməyibsə, lakin Tərəfdaşın satış nöqtəsindən götürülməsini sifariş edibsə, məhsullar Tərəfdaşın Sifarişlə əlaqədar İstifadəçinin seçdiyi satış nöqtəsindən götürülə bilər. Məhsullar götürülməyə hazır olduqda İstifadəçi ayrıca bir elektron təsdiq alacaq. Tərəfdaş və ya Aptekshop, Sifarişdə göstərilən məhsullar götürülərkən İstifadəçinin eyniləşdirilməsi üçün şərtlər müəyyən edə bilər.

8.2. Tərəfdaş, Sifarişin götürülməyə hazır olması barədə İstifadəçiyə bildirdikdən sonra sifariş edilmiş məhsulları 60 dəqiqə saxlamalıdır. Bununla belə, bu öhdəlik müəyyən Tərəfdaşın satış nöqtəsinin açıq olduğu saatlarla məhdudlaşır və Sifariş Tərəfdaşın qeyd olunan satış nöqtəsinin bağlanma vaxtından əvvəl götürülməlidir.

9. Alındığı Yerə Məhsul Sifarişi

9.1. İstifadəçi Tərəfdaşın satış nöqtəsində Sifarişdə göstərilən məhsulları istehlak etmək seçimi edibsə, İstifadəçi Tərəfdaşın satış nöqtəsində məhsulların istehlak olunmağa hazır olacağı gözlənilən vaxt barədə ayrıca bir elektron təsdiq alacaq.

10. Vaxt hesablamaları

10.1. İstifadəçiyə Aptekshop Xidmətindəki Tərəfdaş və ya Aptekshop tərəfindən bildirilən hər hansı çatdırılma vaxtı və ya götürmə vaxtı və ya digər vaxtlar yalnız təxmin edilən vaxtlardır. Sifarişin təxmin edilən vaxtda çatdırılması və ya istehlakı və ya götürülməsi üçün hazır olacağına zəmanət yoxdur. Məhsulların çatdırılma müddətinə tıxaclar, pik saatları və hava şəraiti kimi amillər də təsir göstərə bilər.

11.  Əqli Mülkiyyət Hüquqları

11.1. Aptekshop Xidməti və ya bununla əlaqəli sənədlər və onların bütün hissələri və surətləri ilə əlaqəli bütün Əqli Mülkiyyət Hüquqları müstəsna olaraq Aptekshop və / və ya onun subpodratçılarının / lisenziya verənlərinin yeganə və müstəsna mülkiyyətində qalacaqdır. "Əqli mülkiyyət hüquqları" müəllif hüquqları və əlaqəli hüquqlar (verilənlər bazası və kataloq hüquqları və foto hüquqları daxil olmaqla), patentlər, faydalı modellər, dizayn hüquqları, əmtəə nişanları, ticarət adları, ticarət sirləri, nou-hau və əqli mülkiyyət hüquqlarının qeydiyyata alınmış və ya qeydiyyata alınmayan hər hansı digər formasını ehtiva edir.

11.2. Bu Xidmət Şərtləri İstifadəçiyə Aptekshop Xidmətində heç bir Əqli Mülkiyyət Hüququ vermir və bununla açıq şəkildə verilməmiş bütün hüquqlar Aptekshop və onun subpodratçıları / lisenziarları tərəfindən qorunur.

11.3. iOS və ya Android - Aptekshop Tətbiqetməsi və ya sizin ondan istifadənizin hər hansı bir üçüncü tərəfin əqli mülkiyyət hüququnu pozmasına dair hər hansı tələbin tədqiqatı, müdafiəsi, ödənməsi və ya yerinə yetirilməsi üçün məsuliyyət daşımır.

12. Aptekshop Xidmətinin istifadəsi üçün Əlavə Müddəalar

12.1. Aptekshop Xidməti yalnız 18 yaş və ya yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulur.

12.2. İstifadəçi Aptekshop Xidmətindən istifadə edərkən, o cümlədən dərman vasitələri və digər məhsullar alarkən tətbiq edilən bütün qaydalara və tənzimləmələrə əməl etməlidir. İstifadəçinin yerləşdiyi ölkədə dərman vasitələrinin və ya digər məhsulların satışı mümkün olduğu təqdirdə, İstifadəçi Sifarişi çatdıran Aptekshop-un kuryer tərəfdaşına ən azı 18 yaşında olduğunu təsdiq edən etibarlı fotoşəkilli şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyi təqdirdə, İstifadəçiyə dərman vasitələrinin və ya digər məhsulların verilməsindən imtina edilə bilər. Yerləşdiyi ölkənin qanunlarından asılı olaraq, başqa hallarda da İstifadəçiyə dərman vasitələri və ya digər məhsullar çatdırılmaya bilər (məsələn, İstifadəçi sərxoşdursa). Həmçinin, İstifadəçiyə dərman vasitələri və ya digər məhsulların çatdırılmasından İstifadəçinin yaşadığı ölkənin qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda da imtina edilə bilər (məsələn, istifadəçi sərxoşluq əlamətləri göstərirsə).

12.3. Aptekshop Xidmətini daim inkişaf etdirir və Aptekshop Xidmətinin müxtəlif hissələrini, eləcə də xüsusiyyətlərini, məhsullar və Aptekshop Xidmətində olan Tərəfdaşlar da daxil olmaqla qismən və ya bütövlükdə dəyişdirə və ya ləğv edə bilər.

12.4 Aptekshop, öz istəyi ilə, Aptekshop Xidmətləri vasitəsilə məzmunu və məlumatları və ya Aptekshop xidmətlər ilə əlaqəli rəyləri, və ya müsabiqələr və həvəsləndiriçi kampaniyalar üçün dəstək materialları ilə təmin etmək üçün məlumat göndərməyə, yükləməyə, yayımlamağa və ya başqa şəkildə təmin etməyə icazə verə bilər (“İstifadəçi məzmunu”). Sizin təqdim etdiyiniz hər hansı bir İstifadəçi məzmunu sizin mülkiyyətiniz olaraq qalır. Lakin, Aptekshop-a İstifadəçi Kontenti təqdim etməklə, siz Aptekshop şirkətinə sublisenziyalaşdırma, istifadə, nüsxələmə, dəyişiklik etmə, törəmə əsərlər yaratma, ictimayyiləşdirmə və digər istənilən şəkildə bu cür İstifadəçi Kontentini bütün formatlarda və əlavə xəbərdarlıq etmədən və ya sizin razılığınızı almadan və sizə və ya digər fiziki və ya hüquqi şəxsə ödənişin edilməsini tələb etmədən cari və gələcək kanallarda istifadə etmə hüququ ilə birgə ümumdünya, müddətsiz, geriçağırılmayan, ötürülən, əvəzsiz lisenziya təqdim edirsiz. Siz bəyan edir və zəmanət verirsiniz ki, yuxarıda göstərilən hüquqları Aptekshop-a təqdim etmək səlahiyyətinə maliksiniz və belə bir İstifadəçi Məzmunu və ya onun istifadəsi hər hansı bir şəkildə təhqiredici, alçaldıcı, ədəbsiz və ya zərərli deyil və hər hansı üçüncü şəxslərin əqli müəlliflik və ya mülkiyyət hüquqlarını, ictimai və ya gizlilik hüquqlarını pozmaq və ya hər hansı bir tətbiq olunan qanun və ya qərarı pozmağa səbəb ola bilməz.12.5. Aptekshop Xidmətindən istifadə etməklə İstifadəçi səhv, natamam, gecikmiş, yanlış, qanunsuz, təhqiramiz və ya başqa bir şəkildə zərərli ola biləcək məzmun və ya məlumatlarla qarşılaşa bilər. Aptekshop ümumiyyətlə Tərəfdaşlar tərəfindən təmin edilmiş məzmunu nəzərdən keçirmir. Aptekshop, üçüncü tərəflərin (o cümlədən Tərəfdaşların) məzmunu və ya məlumatı və ya onun istifadəsi və ya ona etibar edilməsi nəticəsində yaranan hər hansı bir ziyana görə məsuliyyət daşımır.

12.6. Siz və ya Müştəri Təşkilatı Aptekshop Xidmətinə daxil olmaq və istifadə üçün lazım olan hər hansı bir cihaz və ya avadanlıq (telefon kimi) və əlaqələrin əldə edilməsi və saxlanılması üçün və bununla əlaqədar bütün xərclər üçün məsuliyyət daşıyırsınız.

12.7. İstifadəçi bunları etməyəcək: (i) başqa bir şəxsin şəxsi Aptekshop hesabından istifadə etmək və/və ya Aptekshop Xidməti vasitəsilə digər şəxsin şəxsi ödəmə məlumatlarına daxil olmaq və ya digər şəxsin razılığı olmadan Aptekshop Xidmətindən istifadə edərkən başqa bir şəxsin şəxsi ödəmə kartlarından istifadə etmək; (ii) Aptekshop Xidmətinin və ya hər hansı əlaqəli texnologiyanın surətini çıxarmaq, dəyişdirmək və ya törəməsini yaratmaq; (iii) Aptekshop Xidməti və ya əlaqəli bir texnologiya və ya onun hər hansı bir hissəsi üçün tərs layihələndirmək,  mənbə kodunu götürmək və ayırmaq, əks şifrləmə etmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərmək; (iv) Aptekshop Xidmətində olan hər hansı müəllif hüquqları, əmtəə nişanı və ya digər mülkiyyət hüququ bildirişlərini silmək; (v) Aptekshop Xidmətinə daxil edilmiş hər hansı bir reklamı silmək, örtmək və ya gizlətmək; (vi) Aptekshop xidmətindən əldə edilmiş hər hansı bir məlumatı Aptekshop-un razılığı olmadan toplamaq, istifadə etmək, surətini çıxarmaq və ya ötürmək; (vii) Aptekshop Xidmətindən istifadə etmək üçün bot proqramlarından və ya digər avtomatlaşdırılmış metodlardan istifadə etmək; (viii) saxta kimlik və ya başqa birinin kimliyindən istifadə edərək Aptekshop hesabı yaratmaq; və ya (ix) Aptekshop Tətbiqetməsi və Aptekshop veb-saytı kimi Aptekshop tərəfindən təmin edilmiş interfeyslər istisna olmaqla, Aptekshop Xidmətinə daxil olmaq.

12.8. Sizin Aptekshop Xidmətindən və ya onun hər hansı məzmunundan qeyri-kommersiya məqsədlərindən başqa digər məqsədlər üçün istifadə hüququnuz yoxdur. Aptekshop Xidmətlərinin hər hansı bir hissəsini təmizləmək, çıxarmaq və/və ya izləmək üçün hər hansı bir robot, hörümçək, veb tarama, hasilat proqramı, avtomatlaşdırılmış proses və/və ya cihazın istifadəsi kimi sistematik axtarışın istifadəsi qəti qadağandır.

12.9. Əgər: (i) İstifadəçi Aptekshop Xidmətindən sui-istifadə edərsə və ya Aptekshop Xidmətindən istifadəyə və ya Tərəfdaşlara və ya Aptekshop və ya Aptekshop işçilərinə hər hansı xəsarət vura və ya zərər vurarsa; (ii) V Xidmətindən istifadə edərkən İstifadəçinin dələduzluq hərəkətlərinə yol verdiyinə Aptekshop-un əsaslı inancı varsa; (iii) İstifadəçi saxta Sifariş yerləşdirərsə (məsələn, ödəməməklə və ya Sifarişi almaq üçün çatdırılma zamanı və ya götürmə məkanında olmamaqla) və ya bu Xidmət Şərtlərindən irəli gələn öhdəliklərinə başqa şəkildə əməl etmədikdə; (iv) Sifarişin düzgünlüyünə və ya həqiqiliyinə dair əsaslı şübhə olduqda, Aptekshop İstifadəçini dərhal Aptekshop xidmətindən çıxarmaq və / və ya İstifadəçidən istənilən Sifarişləri rədd etmək və ya ləğv etmək hüququna malikdir. Əgər Aptekshop artıq ödənilmiş Sifarişi ləğv edərsə, Aptekshop həmin məbləği İstifadəçi tərəfindən ödəniş edilmiş həmin İstifadəçinin hesabı və ya Aptekshop-da İş Hesabından birinə köçürür.

12.10. İstifadəçilər haqqında toplanmış fərdi məlumatların nəzarətçisi, başqa hal nəzərdə tutulmayıbsa Aptekshop-dur. Aptekshop İstifadəçidən Aptekshop Gizlilik Siyasətinə əsasən toplanmış fərdi məlumatları emal etməlidir.

12.11. İstifadəçi Aptekshop Tətbiqetməsi və ya Aptekshop Xidmətindən istifadə edərkən müqavilənin üçüncü şəxslərə tətbiq olunan şərtlərinə əməl etməlidir.

12.12. İstifadəçi (i) Azərbaycan Hökumətinin embarqosuna məruz qalmış və ya Azərbaycan Hökuməti tərəfindən "terroru dəstəkləyən" ölkə olaraq təyin olunan ölkədə olmadığını; və (ii) o, Azərbaycan Hökuməti tərəfindən qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş şəxslərin siyahısında olmadığını bildirir və zəmanət verir.

13. Müddət və xitam

13.1. Bu Xidmət Şərtləri İstifadəçinin Aptekshop xidmətindən istifadə etdiyi müddətdə növbəti xəbərdarlığa qədər Aptekshop və İstifadəçi arasında icrası məcburi razılaşma olaraq qüvvədədir.

13.2. İstifadəçi istənilən vaxt Aptekshop Xidmətindən istifadəni dayandıra bilər. Aptekshop istənilən vaxt Aptekshop Xidməti göstərməyi daimi və ya müvəqqəti olaraq dayandıra bilər.

14. Şikayətlər

14.1. Xahiş edirik nəzərə alasınız ki, Aptekshop Xidməti istənilən vaxt dayandırıla və ya daimi olaraq ləğv edilə bilər. Aptekshop Xidməti həmçinin müvəqqəti olaraq dayandırıla bilər. Aptekshop xidmətindən hər hansı bir məlumatın ehtiyat nüsxəsinin çıxarılması üçün istifadə etməyin. Aptekshop Xidmətləri vaxtı-vaxtında və yanlışsız təmin etmək üçün ağlabatan səy göstərirdiyi təqdirdə, bu Xidmət Şərtlərində açıq şəkildə göstərilməyən bütün bəyanlardan və zəmanətlərdən imtina edir. Aptekshop Xidmətinin və ya platforma vasitəsilə təqdim olunan hər hansı məhsul və ya xidmət ilə bağlı etibarlılığına, gecikmədən icrasına, keyfiyyətinə və ya yararlığına, eləcə də Aptekshop Xidmətinin fasiləsiz və ya yalnışsız olacağına dair heç bir zəmanət vermir.

14.2. Tərəfdaş Sifarişi İstifadəçinin sifariş verdiyi xüsusiyyətlərə uyğun olaraq və Aptekshop Xidmətində göstərilən müddətdə hazırlamağı öhdəsinə götürür. Sifarişdə (onun çatdırılmasında) hər hansı bir qüsur varsa, İstifadəçi ya Tərəfdaşın adından çıxış edən Aptekshop-un müştəri xidməti ilə tətbiqetmədəki müştərinin dəstəklənməsi xətti və ya [email protected] vasitəsilə, ya da Tərəfdaşla birbaşa əlaqə saxlaya bilər.

14.3. Tərəfdaş, Sifarişin məzmunu və hazırlanmasında hər hansı bir nöqsan və ya Alqı-satqı Müqaviləsinin yerinə yetirilməsindəki digər çatışmazlıqlar üçün təkbaşına məsuliyyət daşıyır.

14.4. Alqı-satqı Müqaviləsinin yerinə yetirilməsində çatışmazlıqları aşkar edən İstifadəçi hər hansı bir şikayətini Aptekshop və ya Tərəfdaşa qeyd edilmiş nöqsanların dəqiq təsvirləri ilə gecikmədən təqdim etməlidir. Pərakəndə Məhsullarda aşkar edilmiş qüsurlar barədə bildiriş qüsurların aşkar edildiyi andan etibarən ağlabatan müddət ərzində, lakin aşkar edildikdən sonra iki aydan gec olmayaraq irəli sürülmüş olmalıdır. Xahiş edirik nəzərə alasınız ki, qida məhsullarında və ya öz təbiətinə görə korlanan və ya tez köhnələn digər məhsullarda aşkar edilmiş qüsur barədə məlumatı bu qüsurun düzgün araşdırılması və yoxlanılmasını təmin etmək üçün ən qısa müddətdə bildirməyiniz vacibdir. Pərakəndə Məhsullarda qüsur aşkar edildikdə, ödəniş məbləği qüvvədə olan qanunvericiliyə uyğun olaraq Sizə geri qaytarılacaqdır.

14.5 Aptekshop, onun niyyəti və ya kobud səhlənkarlığı nəticəsində yaranan məsuliyyət və ya tətbiq olunan qanunvericiliyə uyğun olaraq istisna edilə bilməyən və ya məhdudlaşdırıla bilməyən hər hansı digər məsuliyyət istisna olmaqla, sizin və ya üçüncü tərəfin Aptekshop Xidmətləri ilə əlaqəli çəkə biləcəyiniz zərar və ya ziyana görə hər hansı məsuliyyət daşımır.

14.6. Coingital -ın Aptekshop Tətbiqetməsi ilə əlaqədar hər hansı bir texniki xidmət və dəstək xidmətləri təqdim etmək öhdəliyi yoxdur.

15. Tətbiq olunan hüquq və Mübahisələrin həlli

15.1. Bu Xidmət Şərtləri İstifadəçinin yaşadığı ölkənin qanunlarına əsasən tənzimlənəcək və təfsir ediləcəkdir.

15.2. İstehlakçısınızsa, xahiş edirik nəzərə alasınız ki, yaşayış yerinizin istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu ilə sizə verilmiş hüquqlardan məhrum edilə bilməzsiniz.

15.3. Bu Xidmət Şərtlərindən irəli gələn mübahisələr İstifadəçinin yerləşdiyi ölkənin səlahiyyətli məhkəmələri tərəfindən həll ediləcəkdir. Amma İstehlakçı hər zaman, yerləşdiyi yerin səlahiyyətli məhkəməsində məhkəmə icraatı başlada bilər. Azərbaycanda istehlakçı olduğunu təqdirdə, istənilən zaman Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə müraciət edə bilərsiniz (Bax http://www.consumer.gov.az / təlimat üçün).

16. Düzəlişlər

16.1. İstifadəçilər üçün bu Xidmət Şərtlərinə düzəlişlər edilə bilər.

16.2. Aptekshop İstifadəçi Şərtlərinin cari versiyasını Aptekshop Veb-Saytında tapa bilərsiniz. Biz İstifadəçi Şərtlrinə əhəmiyyətli dəyişikliklər etməyəcəyik və ya İstifadəçi Şərtlərinə uyğun olaraq bu barədə xəbərdarlıq etmədən İstifadəçilərin hüquqların həcmini azaltmayacağıq. İstifadəçi dəyişiklik edilmiş Aptekshop Xidmət Şərtləri ilə razı deyilsə, Aptekshop Xidmətindən istifadəni dayandırmalıdır.

17. Tələbin güzəşti

17.1. Aptekshop bu Şərtlər üzrə bütün və ya istənilən hüquqlarını və ya öhdəliklərini bütövlükdə və ya qismən törəmə müəssisəyə və ya varisə və ya Aptekshop Xidməti ilə əlaqəli olan biznes aktivlərinin alıcısına və ya əldə edənə İstifadəçinin ilkin razılığı olmadan güzəşt etmək hüququna malikdir.