Geri qaytarma və dəyişdirilmə

Aptekshop.az-da online və ya digər formada alınan malların dəyişdirilməsi/geri qaytarılması qaydaları aşağıdakı kimidir:

1. Geri qaytarılması qadağan olunan mallar istisna olmaqla bütün mallar Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində qeyd edildiyi şərtlə 14 gün ərzində geri qaytarıla bilər.

2. Mal təhvil alınan zaman mütləq şəkildə fiziki xüsusiyyətləri, funksionallıqları yoxlanmalıdır, əgər hər hansı irad varsa yerində çatdırılmanı edən əməkdaşımıza bildirilməlidir,

3. Malın qutusu (əgər qutuda olan maldırsa) açılıbsa,

4. Mal istifadə edilmişdirsə,

5. Malın əmtəə görünüşü, istehlak xüsusiyyətləri və fiziki göstəricilərdə defarmasiya olubsa,

6. Alış və çatıdırılma zamanı təqdim olunan sənəd (elektron və ya adi sənəd) saxlanıbsa,

7. AR-nın NK-nin müvafiq qərarında siyahı halında dəyişidirilməsi/geri qaytarılması edilməyən mallardan deyilsə,

8. Geri qaytarılma və dəyişdirilmə ancaq istehsal xətasına görə olan qüsurdursa və ya bu qüsur təhvil təslim zamanı ortaya çıxmışdırsa bu zaman geri qaytarma/dəyişdirmə icra edilir.

9. Mal qaytarılan/dəyişdirilən zaman qablaşdırması, alış sənədləri və aksesuarları (akseasuarları olan maldırsa) ilə birlikdə verilməlidir.

Aşağıdakı malların geri qaytarılması edilmir:

1. Bütün növ Gigiyena məhsulları

2. Sifariş əsasında şəxsə özəl olaraq hazırlanmış məhsullar

3. Soyuducu məhsulları

4. Kosmetik ləvazimatlar

5. Uşaq yeməkləri