Gizlilik Siyasəti

APTEKSHOP-un Gizlilik Siyasəti

Aptekshop qrup şirkətləri ("Aptekshop ", "biz") Aptekshop-un dərman vasitələri / digər məhsullar sifariş xidmətləri ("Aptekshop Tətbiqetməsi") istifadəçilərinin və aptekshop.az veb-saytının("Veb-sayt") ziyarətçilərinin fərdi məlumatlarını emal edirlər.

Hazırki Məxfilik Bəyannaməsində " Aptekshop Xidmətləri" ifadəsi Veb-sayt və Aptekshop Tətbiqetməsinə birgə istinad edir. Bu Məxfilik Bəyannaməsində "İstifadəçi" və ya "siz" ifadəsi bizim və qrup şirkətlərimizin müştərilərinə, nümayəndələrinə və bizim müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və Aptekshop Xidmətləri istifadəçilərinə istinad edir. Siz Aptekshop Xidmətində qeydiyyatdan keçdiyiniz və İstifadəçi hesabı yaratdığınız zaman Aptekshop müştərisi olursunuz.

Məxfilik Bəyannaməmiz, məsələn, emal etdiyimiz fərdi məlumatların növlərini, fərdi məlumatları necə emal etdiyimizi və məlumatların subyekti kimi hüquqlarınızdan necə istifadə edə biləcəyinizi (məsələn, etiraz etmək hüququ, giriş hüququ) izah edir.

Bəzi xidmətlərimizə xüsusi məxfilik siyasəti tətbiq edilə bilər. Müəyyən xidmətə xüsusi məxfilik siyasəti tətbiq edildiyi halda, bu cür məxfilik siyasəti sözügedən xidmətlə əlaqədar paylaşılacaqdır.

Bu Məxfilik Bəyannaməsi, məlumatların işlənməsi prosesində və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq yenilənə bilər. Hazırki versiyanı Veb-saytda tapa bilərsiniz. Bu Məxfilik Bəyannaməsində əhəmiyyətli dəyişikliklər etməyəcəyik və ya müvafiq bildiriş vermədən bu Məxfilik Bəyannaməsi üzrə İstifadəçilərin hüquqlarını məhdudlaşdırmayacağıq.

1.  MƏLUMAT NƏZARƏTÇİSİ(LƏRİ)

Bu Məxfilik Bəyannaməsi Aptekshop tərəfindən həyata keçirilən fərdi məlumatların işlənməsinə şamil edilir.

İstifadəçilərin fərdi məlumatlarının işlənməsi ilə əlaqədar olaraq Aptekshop məlumat nəzarətçiləri kimi çıxış edir. Bu o deməkdir ki, Aptekshop fərdi məlumatların işlənməsinin məqsədləri və işlənmə vasitələrini müəyyənləşdirirlər.

Aptekshop nəzarətçilər adından Aptekshop qrupunun fərdi məlumatların işlənməsi ilə bağlı bütün məlumat subyektlərinin sorğularının və suallarının idarə edilməsinə görə cavabdeh təyin edilmişdir.

2. İŞLƏNİLMİŞ FƏRDİ MƏLUMATLAR VƏ MƏLUMAT MƏNBƏLƏRİ

Bizim tərəfimizdən toplanmış və işlənilmiş fərdi məlumatları iki ümumi məlumat kateqoriyasına bölmək olar: İstifadəçi Məlumatları və Analitik Məlumatlar.

İstifadəçi Məlumatları

İstifadəçi Məlumatları, vəziyyətdən asılı olaraq birbaşa özünüzdən və ya adından Aptekshop Xidmətlərindən istifadə etdiyiniz Müştəri Təşkilatımızdan ("Müştəri Təşkilatı") toplanan fərdi məlumatlardır. İstifadəçi Məlumatlarını İstifadəçilər və Müştəri Təşkilatlarımızdan müxtəlif yollarla, o cümlədən, Müştəri Təşkilatı ilə xidmət müqaviləsi bağlandıqdan sonra və ya İstifadəçilər Aptekshop Xidmətlərində qeydiyyatdan keçdikdə, xəbər bülleteninə abunə olduqda və ya forma doldurduqda toplaya bilərik.

Əlavə olaraq unutmayın ki, Aptekshop Xidmətləri vasitəsilə həyata keçirdiyiniz hər hansı bir əməliyyat və ödənişlər barədə məlumatları da toplayırıq.

Aptekshop Xidmətlərindən istifadə üçün lazım olan İstifadəçi Məlumatları

Bizim tərəfimizdən toplanmış və işlənilmiş aşağıdakı fərdi məlumatlar sizinlə bizim aramızdakı müqaviləni lazımi səviyyədə yerinə yetirmək, həmçinin Müştəri Təşkilatlarımızla müqavilə öhdəliklərimizi yerinə yetirərkən qanuni maraqlarımız və bizim qanuni öhdəliklərimizə əməl etmək üçün lazımdır.

Bizimlə Müştəri Təşkilatı arasında xidmət müqaviləsi bağlandıqdan sonra Müştəri Təşkilatı bizə tam adınızı və e-poçt ünvanınızı təqdim edir.

Aptekshop Xidmətlərində qeydiyyatdan keçdiyiniz və istifadəçi hesabı yaratdığınız zaman bizə aşağıdakı məlumatları təqdim etməlisiniz:

  • tam ad
  • telefon nömrəsi
  • e-poçt ünvanı
  • ödəniş vasitə(ləri)nizin nömrəsi və ödəniş vasitə(ləri)nizin son istifadə müddəti (dərman vasitələrini / digər məhsullarını Aptekshop Xidmətləri vasitəsilə sifariş etmək üçün tələb olunur, lakin Aptekshop ödənişlərin emalı üçün üçüncü tərəf ödəmə xidməti təminatçısından istifadə etdiyindən Aptekshop-da yaddaşda saxlanılmır) kimi ödəniş vasitəs(lər)i ilə əlaqəli məlumatlar.

Bizə könüllü olaraq verdiyiniz İstifadəçi Məlumatları

İstifadəçi və ya müştəri təcrübəniz bizə aşağıdakı məlumatları təqdim edərək inkişaf etdirilə bilər:

• Əlavə Hesab Məlumatı:

  • şəkil
  • çatdırılma ünvanı
  • məkan məlumatları (məkan məlumatlarınızın emal olunmasına razılıq verdiyiniz təqdirdə)
  • istifadəçi hesabı yaradarkən və ya sonradan hesabınıza dəyişikliklər edərkən təqdim etdiyiniz digər məlumatlar

• Digər məlumatlar. Könüllü olaraq təqdim etdiyiniz aşağıda qeyd olunan digər məlumatları da emal edə bilərik:

  • xidmətlərimizi qiymətləndirərkən təqdim etdiyiniz məlumatlar
  • marketinqlə bağlı razılıq və imtinalarınız
  • telefonla və ya e-poçtla və ya bizimlə yazışmalarda, o cümlədən müştəri xidmətlərinə edilən zənglərin yazılması ilə təqdim etdiyiniz məlumat

Sizdən və Müştəri Təşkilatından toplanmış İstifadəçi Məlumatlarına əlavə olaraq, üçüncü tərəf xidmət təminatçılarının sizin haqqınızda təqdim etdikləri müəyyən fərdi məlumatları da emal edirik.

Hesabınıza Facebook ilə qoşulursunuzsa və ya daxil olursunuzsa, Facebook, profil şəkliniz, Facebook dostlarınızın nümunəsi və Facebook eyniləşdirmə nömrəniz kimi şəxsi məlumatlarınızı bizimlə bölüşür.

Analitika Məlumatları

Sizi bir fərd olaraq müəyyənləşdirmək üçün adətən Analitika Məlumatlarından istifadə etməməyimizə baxmayaraq, bəzən tək və ya İstifadəçi Məlumatları ilə birləşdirildikdə və əlaqələndirildikdə tanına bilərsiniz. Bu cür hallarda, Analitika Məlumatları da tətbiq olunan qanunlara əsasən fərdi məlumatlar hesab edilə bilər və biz bu məlumatlara fərdi məlumatlar kimi yanaşacağıq.

Aptekshop Xidmətlərini ziyarət edərkən və ya qarşılıqlı əlaqə qurarkən avtomatik olaraq aşağıdakı Analitika Məlumatlarını toplaya bilərik:

• Cihaz haqqında məlumat. Aptekshop Xidmətlərindən istifadə edərkən istifadə etdiyiniz texniki cihazla bağlı aşağıdakı məlumatları toplayırıq:

  • cihaz
  • ölkə
  • İP ünvanı
  • bələdçi növü və versiyası
  • əməliyyat sistemi
  • İnternet xidməti təminatçıları
  • cihazınızın reklam identifikatoru
  • ziyarətçi identifikatoru

• İstifadə məlumatları. Aptekshop Xidmətlərindən istifadəniz haqqında aşağıdakı tipli məlumatları toplayırıq:

  • Aptekshop Xidmətlərinə sərf olunan vaxt
  • Aptekshop Xidmətləri ilə qarşılıqlı əlaqə
  • Aptekshop Xidmətləri vasitəsilə edilən sifarişlər haqqında məlumat
  • Aptekshop Xidmətlərini ziyarət etməzdən əvvəl və sonra ziyarət etdiyiniz veb-saytın URL-si
  • Aptekshop Xidmətlərinə ziyarətinizin vaxtı və tarixi
  • ziyarət etdiyiniz Aptekshop Xidmətləri bölmələri
  • Aptekshop Xidmətlərindən istifadə edərkən axtardığınız məhsullar

Tanımlama məlumatları (Çərəzlər)

İstifadəçilər Aptekshop Xidmətlərini ziyarət etdikdə analitika məlumatlarını və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edirik.

Tanımlama məlumatları, Aptekshop Xidmətləri ziyarətçilərini müəyyənləşdirməyə və Aptekshop Xidmətlərindən istifadəni asanlaşdırmağa və ziyarətçilərimizin məcmu məlumatlarını yaratmağa imkan verən, cihazınıza göndərilən və saxlanan kiçik mətn sənədləridir. Bu, Aptekshop Xidmətlərini inkişaf etdirməyə və İstifadəçilərimizə daha yaxşı xidmət etməyə kömək edir. Tanımlama məlumatları cihazınıza və ya fayllarınıza zərər verməyəcəkdir. Biz tanımlama məlumatlarından Aptekshop Xidmətlərini və təqdim etdiyimiz məlumatları İstifadəçilərimizin fərdi maraqlarına uyğunlaşdırmaq üçün istifadə edirik. Bəzi tanımlama məlumatları Aptekshop Xidmətlərinin istifadəsi və fasiləsiz emalı üçün tələb olunur və onlar, məsələn, seçdiyiniz ölkənin və dilin yaddaşda saxlanılması üçün istifadə olunur. Digər tanımlama məlumatları Aptekshop Xidmətlərinin necə istifadə edildiyi barədə məlumat toplayır, məsələn, Aptekshop Xidmətlərinin yaxşılaşdırılması üçün hansı məzmunun daha sıx ziyarət olunduğu haqda məlumat.  Biz həmçinin Aptekshop Xidmətlərində və ya digər üçüncü tərəf platformalarında reklamlarımızı nüməyış etmək məqsədilə tanımlama məlumatlarından istifadə edə bilərik.

İstifadəçilər veb bələdçisini tanımlama məlumatlarından imtina edilməsinə və ya tanımlama məlumatları göndərildiyi zaman xəbərdaretmə rejiminə uyğunlaşdıra bilər. Məsələn, aşağıdakı keçidlər bəzi məşhur bələdçilərdə tanımlama məlumatları parametrlərini necə tənzimləmək barədə məlumat verir:

Safari

Google Chrome

İnternet Explorer

Mozilla Firefox

Nəzərə alın ki, tanımlama məlumatlarının istifadəsindən imtina olunarsa, Aptekshop Xidmətlərinin bəzi hissələri düzgün işləməyə bilər.

Veb-mayak veb-saytların və e-poçtların oxucularını eyniləşdirməyə imkan verən bir texnologiyadır, məsələn, e-poçtun oxunduğunun müəyyənləşdirilməsi.

Veb analitika xidmətləri

Aptekshop Xidmətləri, analitika məlumatları və ziyarətçilərin istifadəsi barədə hesabat tərtib etmək və Aptekshop Xidmətlərinin inkişafına kömək etmək üçün Google Analytics və digər veb analitika xidmətlərindən istifadə edir. Google Analytics haqqında ümumi məlumat üçün Google Analytics-i ziyarət edin. Aşağıdakı bələdçidən əlavə etmə funksiyası vasitəsilə Google Analytics-dən imtina etmək mümkündür: GoogleAnalytics opt-out add-on.

Reklam və ziyarətçi müəyyənləşdiriciləri

Aptekshop Xidmətləri sizin tətbiqetmə və xidmətdən istifadənizi və seçimlərinizi izləmək və proqnozlaşdırmaq üçün anonimləşdirilmiş müəyyənləşdiricilərdən istifadə edir.

Əməliyyat sisteminizin parametrlərini aşağıdakı kimi dəyişdirərək bu müəyyənləşdiricilərin istifadəsindən imtina edə bilərsiniz:

Reklam müəyyənləşdiriciləri iOS mobil cihazlarında Limit Ad Tracking tab (Settings →Privacy → Advertising → Limit Ad Tracking) rejimi yandırılmaqla söndürülə bilər. Reklam müəyyənləşdiriciləri haqqında ümumi və daha çox məlumat əldə etmək üçün Apple Advertising and Privacy saytına baxın.

Aptekshop ziyarətçi müəyyənləşdiriciləri iOS və Android mobil cihazlarında parametrlərinizi dəyişdirməklə söndürülə bilər (iOS üçün: Settings → Aptekshop → Aptekshop settings → Limit Tracking, və Android üçün: Aptekshop tətbiqetməsi → Profile tab → Settings düyməsi yuxarı sağ küncdə).

3. FƏRDİ MƏLUMATLARINIZIN İŞLƏNİLMƏSİNİN MƏQSƏDLƏRİ VƏ HÜQUQİ ƏSASLARI

Məqsədlər

Fərdi məlumatlarınızın Aptekshop tərəfindən işlənilməsinin bir neçə məqsədi var. Aşağıdakı məqsədlərdən biri və ya bir neçəsi eyni zamanda tətbiq oluna bilər:

Aptekshop Xidmətlərini təmin etmək və müqavilə öhdəliklərimizi yerinə yetirmək (hüquqi əsas: müqavilənin icrası və qanuni maraq)

Aptekshop və Müştəri Təşkilatı və ya Aptekshop və sizin aranızdakı müqaviləyə əsasən və sizlə Aptekshop arasında müqavilənin tətbiq edilməsi məqsədilə tələb edilə bilən Aptekshop Xidmətlərini sizə təqdim etmək üçün fərdi məlumatlarınızı emal edir. Aptekshop həmçinin Aptekshop-a xas qanuni və əhəmiyyətli olan maraqları baxımından tələb edildiyi halda şəxsi məlumatları emal edə bilər.

Məsələn, sizin sorğuların emalını, sizlə əlaqənin yaradılmasını, ödənişlərinizi və ya ödənişin geri qaytarılmasını (mümkün olduqda) idarə etmək və tərəfdaşlarımıza (restoranlar və kuryer tərəfdaşlarımız) sifarişinizin hazırlanması və ya çatdırılması üçün lazım olan məlumatları vermək üçün məlumatlarınızı emal edirik.

Sifarişin təyinat yerini və sifarişinizin statusu haqqında məlumat vermək üçün, habelə yaxınlığınızda yerləşən restoranları göstərmək üçün dəqiq və ya təxmini yeriniz, o cümlədən kompüterinizin və ya mobil telefonunuzun real vaxt rejimində coğrafi yeri barədə məlumat toplaya, istifadə edə və paylaşa bilərik Yeriniz haqqında məlumatın istifadəsi üçün icazə Aptekshop Xidməti tərəfindən istənilir. İzləmə xüsusiyyəti, brauzerinizdə gizlilik və təhlükəsizlik parametrləri vasitəsilə kompüterinizdə (Profil Parametrləri – Əlavə Parametrlər - Yer və push - Parametrlər-Yerləşmə Parametrləri) və uzaqdan idarə oluna bilər.

Qanuni öhdəliklərimiz üçün (hüquqi əsas: qanuni öhdəliyə əməl etmə)

Aptekshop, qanuni öhdəliklərimizi idarə etməyimiz və yerinə yetirməyimiz üçün məlumatları emal edir. Buraya mühasibat uçotu öhdəliklərimizə əməl edilməsi və vergi orqanları kimi müvafiq orqanlara məlumat vermək üçün emal olunmuş məlumatlar daxildir.

İddialara baxılması və hüquqi proseslər üçün (hüquqi əsas: qanuni maraq)

Aptekshop, iddiaların baxılması, borcların yığılması və hüquqi proseslərlə əlaqədar fərdi məlumatları emal edə bilər. Saxtakarlığın qarşısının alınması, xidmətlərimizdən sui-istifadə və məlumat, sistem və şəbəkə təhlükəsizliyi üçün də məlumatları emal edə bilərik.

Müştəri ilə ünsiyyət və marketinq üçün (hüquqi əsas: qanuni maraq)

Aptekshop fərdi məlumatlarınızı sizinlə Aptekshop Xidmətləri ilə bağlı əlaqə saxlamaq və onlarla əlaqəli dəyişikliklər barədə sizə məlumat vermək üçün emal edir. Fərdi məlumatlarınız Aptekshop Xidmətlərinin sizə tanıdılması məqsədi ilə də istifadə olunur. Qanuni maraqlar emal üçün əsas hesab edilir, məsələn, təkliflərimizi fərdiləşdirdikdə və sizin üçün daha münasib olan xidmətləri təqdim etdikdə və xidmətlərimizin inkişafı üçün maraqlarınız və rəyləriniz barədə məlumatları təhlil etdikdə.

Keyfiyyətin yaxşılaşdırılması və tendensiyanın təhlili üçün (hüquqi əsas: qanuni maraq)

Biz, həmçinin Aptekshop Xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün, məsələn, Aptekshop Xidmətlərindən istifadə zamanı tendensiyanı təhlil edərək, Aptekshop Xidmətlərindən istifadə haqqında məlumatları emal edə bilərik. Xidmətlərimizin ehtiyaclarınıza uyğun olmasını təmin etmək üçün fərdi məlumatlardan müştəri məmnuniyyəti ilə bağlı sorğular kimi məqsədlər üçün istifadə edilə bilər. Mümkün olduqca, bunu yalnız məcmu, fərdi müəyyənləşdirməyə imkan verməyən məlumatlardan istifadə edərək edəcəyik.

İşənilmə üçün hüquqi əsaslar

Aptekshop sizin və ya Müştəri Təşkilatı qarşısında olan müqavilə öhdəliklərimizi yerinə yetirmək və qanuni öhdəliklərə əməl etmək üçün fərdi məlumatlarınızı emal edir. Bundan əlavə, fərdi məlumatlarınızı qanuni marağımızı təmin etmək üçün işimizi idarə etmək, inkişaf etdirmək və saxlamaq və müştəri münasibətlərini yaratmaq və qorumaq məqsədi ilə emal edirik. Sizin məlumatlarınızı qanuni maraqlarımız əsasında istifadə etməyi seçərkən şəxsi maraqlarımızı sizin şəxsi məxfilik hüququnuzla nisbətdə qiymətləndiririk və məsələn, mümkün olduqda, sizə asanlıqla bizim marketinq əlaqələrimizdən imtina etmək və anonimləşdirilmiş və ya şəxsiyyəti müəyyənləşdirməyə imkan verməyən məlumatdan istifadə etmək imkanını təmin edirik.

Aptekshop Xidmətlərinin bəzi hissələrində, fərdi məlumatların emalı üçün razılığınızı verməyiniz tələb oluna bilər. Belə olan halda, siz razılıq verməzdən əvvəl sizin Şəxsi Məlumatlarınız emal edilmir və istənilən vaxt razılığınızı geri götürə bilərsiniz.

4. AVROPA XARİCİNDƏKİ ÖLKƏLƏRƏ ÖTÜRÜLMƏ

Aptekshop fərdi məlumatlarınızı ilk növbədə Avropa İqtisadi Bölgəsində saxlayır. Bununla birlikdə bir neçə coğrafi məkanda xidmət təminatçılarımız və əməliyyatlarımız var. Buna görə, biz və xidmət təminatçılarımız sizin fərdi məlumatlarınızı Avropa İqtisadi Bölgəsindən və ya İstifadəçinin yerləşdiyi ərazidən kənarda yerləşən yurisdiksiyalara ötürə və ya sizin fərdi məlumatlarınıza orada çıxış əldə bilərik.

İstifadəçilərin fərdi məlumatlarının emal olunduğu yurisdiksiyalarda lazımi səviyyədə qorunmasını təmin etmək üçün addımlar atacağıq. Fərdi məlumatların Avropa İqtisadi Bölgəsindən kənar ölkələrə ötürülməsi üçün Standart Müqavilə Müddəalarına əsaslanan bir sıra xidmət təminatçılarımızla bağladığımız sazişlər və ya Məxfilik Sistemi Çərçivəsi kimi digər müvafiq təminatlar vasitəsilə kifayət qədər qorunma təmin edirik.

Fərdi məlumatların ötürülməsi ilə bağlı daha çox məlumat yuxarıda göstərilən ünvanlardan birinə müraciət etməklə bizimlə əlaqə saxlayaraq əldə edilə bilər.

5. QƏBUL EDƏNLƏR

Fərdi məlumatlarınızı yalnız Aptekshop təşkilatının tərkibində bu Məxfilik Bəyannaməsinin məqsədləri üçün mümkün qədər zəruri olduqda paylaşırıq.

Aşağıdakı hallardan biri tətbiq olunmadıqda fərdi məlumatlarınızı Aptekshop təşkilatından kənarda üçüncü tərəflərlə bölüşmürük:

Bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və səlahiyyətli xidmət təminatçılarına

Üçüncü tərəflərin (məsələn sifarişinizi hazırlayan restoranlar, sifarişinizi verən kuryer ortaqlarımız və sifarişinizi ödəyə bilən Müştəri Təşkilatı, və digər üçüncü şəxslər) Aptekshop Xidmətlərini yerinə yetirməyimiz üçün fərdi məlumatlara çıxış ehtiyacı olduqda məlumatlarınızı üçüncü tərəfə təmin edirik. Bundan əlavə, fərdi məlumatlarınızı filiallarımıza və bizim üçün xidmətlər (o cümlədən məlumatların saxlanması, mühasibat uçotu, satış və marketinq daxil olmaqla) göstərən və ya bizlə əməkdaşlıq edən səlahiyyətli xidmət təminatçılarına, bizim üçün ödəmələrinizi emal etmək üçün ödəmə xidməti təminatçılarına və Tərəfdaşlara təqdim edə bilərik.

Məlumat Aptekshop adından üçüncü tərəflər tərəfindən işləndikdə, Aptekshop məlumatlarınızın yalnız bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və bütün tətbiq olunan qanun və qaydalara və bizim göstərişlərə və müvafiq konfidensiallıq və təhlükəsizlik öhdəliklərinə uyğun olaraq işlənməsini təmin etmək üçün müvafiq müqavilə və təşkilati tədbirlər görür.  

Unutmayın ki, fərdi məlumatları birbaşa Aptekshop Xidmətlərindəki keçid vasitəsilə birbaşa üçüncü tərəfə təqdim edirsinizsə, emal ümumiyyətlə onların siyasət və standartlarına əsaslanır.

Qanuni səbəblər və hüquqi proseslər üçün

Fərdi məlumatların əldə edilməsi və istifadəsinin (i) hər hansı bir qanun, qayda və ya məhkəmə qərarına əməl etmək;  (ii) aldatma, cinayət, təhlükəsizlik və ya texniki məsələləri aşkarlamaq, qarşısını almaq və ya başqa cür həll etmək;  və / və ya (iii) qanuna uyğun olaraq Aptekshop, İstifadəçilər və ya ictimaiyyətin maraqlarını, mülkiyyətini və ya təhlükəsizliyini qorumaq üçün əsaslı şəkildə zəruri olduğuna dair vicdanlı inancımız varsa, fərdi məlumatlarınızı Aptekshop xaricindəki üçüncü tərəflərlə bölüşə bilərik. Mümkün olduqda bu cür emal barədə sizə məlumat verəcəyik.

Digər qanuni səbəblərə görə

Aptekshop birləşmə, satınalma və ya aktivlərin satışında iştirak edirsə, fərdi məlumatlarınızı əlaqəli üçüncü tərəfə ötürə bilərik. Buna baxmayaraq, bütün fərdi məlumatların məxfiliyini təmin etməyə davam edəcəyik.  Fərdi məlumatları ötürdükdə və ya fərqli bir məxfilik bəyannaməsinə məruz qaldıqda, əlaqəli bütün İstifadəçilərə bildiriş verəcəyik.

 Sizin açıq razılığınızla

Açıq razılığınız olduqda fərdi məlumatlarınızı Aptekshop xaricindəki üçüncü tərəflə bölüşə bilərik. Bizimlə əlaqə saxlayaraq bu razılığı hər zaman ödənişsiz şəkildə geri götürmək hüququnuz var.

6. YADDAŞDA SAXLAMA MÜDDƏTİ

Aptekshop, fərdi məlumatlarınızı qanuni olaraq icazə verilən və Aptekshop Xidmətlərini və ya onun müvafiq hissələrini təmin etmək üçün tələb olunan müddətdən daha uzun müddətə saxlamır. Saxlama müddəti məlumatın xarakterindən və emal məqsədlərindən asılıdır. Buna görə də maksimum müddət istifadəyə görə dəyişə bilər. Şəxsi Məlumatların düzgünlüyünü təmin etmək və yanlış və ya lazımsız Şəxsi Məlumatları aradan qaldırmaq məqsədilə ağlabatan tədbirlər görür.İstifadəçinin Aptekshop Xidmətlərindəki istifadəçi hesabına aid əksər fərdi məlumatlar, İstifadəçi Aptekshop Xidmətlərindəki istifadəçi hesabını sildikdən 90 gün keçdikdən sonra silinəcəkdir. Bundan sonra, İstifadəçinin Aptekshop Xidmətlərindəki istifadəçi hesabına aid fərdi məlumatların bir hissəsi yalnız bu cür emal qanunla tələb olunduğu və ya qanuni öhdəliklərimiz və ya iddialara baxılması, mühasibat uçotu, daxili hesabat və barışıq kimi qanuni maraqlarımız üçün əsaslı olduqda saxlanıla bilər. İstifadəçinin Aptekshop Xidmətlərindəki istifadəçi hesabına aid bütün fərdi məlumatlar, İstifadəçi Aptekshop Xidmətlərindəki istifadəçi hesabını sildikdən sonra, məhkəmə prosesi kimi bəzi nadir hallarda tələb olunan fərdi məlumatlar istisna olmaqla, 10 il müddətində silinəcəkdir.

Aptekshop Xidmətlərində hesabı olmayan istifadəçilərin analitika məlumatlarını 90 gün müddətində saxlayacağıq.

7. HÜQUQLARINIZ

Giriş hüququ

Bizim tərəfimizdən işlənilmiş fərdi məlumatlarınıza daxil olmaq və məlumat almaq hüququnuz var. Biz sizə yuxarıda qeyd edilən əlaqə məlumatını istifadə edərəkAptekshop Xidmətlərindəki istifadəçi hesabınızdan müəyyən məlumatlara baxmaq və ya fərdi məlumatlarınızın nüsxəsini tələb etmək imkanı veririk.

Razılığı geri götürmək hüququ

İşlənilmə İstifadəçinin verdiyi razılığa əsaslanarsa, İstifadəçi istənilən vaxt razılığı ödənişsiz şəkildə geri götürə bilər. Razılığın geri götürülməsi, Aptekshop Xidmətlərindən istifadə üçün imkanların daha az olmasına səbəb ola bilər. Razılığın geri götürülməsi, razılıq geri götürülməzdən əvvəl bu cür razılığa əsasən edilən emalın qanuniliyinə xələl gətirmir.

Düzəliş etmək hüququ

Haqqınızda saxladığımız səhv və ya natamam fərdi məlumatlarınızı bizimlə əlaqə quraraq düzəltmək və ya tamamlamaq hüququnuz var. Aptekshop Xidmətlərindəki istifadəçi hesabı vasitəsilə bəzi fərdi məlumatlarınızı düzəldə və ya yeniləyə bilərsiniz.

Silinmə hüququ

Siz fərdi məlumatlarınızı sistemlərimizdən silməyimizi də xahiş edə bilərsiniz məsələn, məlumatların toplandıqları məqsədlər üçün artıq lazım olmadığı zaman. Məlumatları silməməyimiz üçün qanuni bir əsasımız yoxdursa, bu tələbi yerinə yetiririk. Qeyd edək ki, bu cür məlumatları silmək istədiyinizdə, biz sizə şifrə xidmətləri və ya onların bəzi funksiyaları ilə təmin etmək imkanına malik deyilik.

Etiraz etmək hüququ

Məlumatlar Aptekshop Xidmətlərin icrası və ya qanuni bir öhdəliyin yerinə yetirilməsi üçün zəruri olmayan başqa məqsədlər üçün işlənildiyi təqdirdə fərdi məlumatlarınızın müəyyən istifadəsinə etiraz etmək hüququnuz ola bilər. Məsələn, siz tələb edə bilərsiniz ki, biz birbaşa marketinq və ya qanuni maraqlara əsaslanan profilləmə məqsədilə sizin Şəxsi Məlumatlarınızın emalını dayandıraq.Fərdi məlumatlarınızın əlavə olaraq işlənməsinə etiraz edirsinizsə, bu Aptekshop Xidmətlərindən istifadə etmək imkanlarının daha az olmasına səbəb ola bilər.

Emalın məhdudlaşdırılması hüququ

Məlumatlarınızı silmək, düzəliş və ya etiraz tələbləri gözləmədə olduqda və / və ya məlumatlarınızı emal etmək üçün qanuni əsaslarımız olmadıqda, fərdi məlumatların emalını məhdudlaşdırmağımızı istəyə bilərsiniz. Emalın məhdudlaşdırılıdığı halda, məlumatlarınız yalnız yaddaşda saxlanacaq və gələcəkdə işlənməyəcəkdir. Məsələn, məlumatlarınızın dəqiqliyinə etiraz etdiyiniz halda, onların dəqiqliyi təmin olunanadək belə məlumatların emalı məhdudlaşdırılacaq. Bu, Aptekshop Xidmətlərindən istifadə etmək imkanlarının daha az olmasına səbəb ola bilər.

Məlumatın daşınması hüququ

Emal avtomatlaşdırılmış üsulla və müqavilə və ya razılıq əsasında həyata keçirildikdə, bizə verdiyiniz fərdi məlumatları strukturlaşdırılmış və tez-tez istifadə olunan formatda əldə etmək və bu məlumatları müstəqil olaraq üçüncü tərəfə ötürmək hüququnuz var.

Hüquqlarınızdan necə istifadə etməli

Yuxarıda göstərilən hüquqlar yuxarıda göstərilən ünvanlara aşağıdakı məlumatlar daxil olmaqla bizə məktub və ya e-poçt göndərməklə istifadə edilə bilər: tam ad, ünvan, e-poçt ünvanı və telefon nömrəsi. İstifadəçinin şəxsiyyətini təsdiqləmək üçün zəruri olan əlavə məlumatların təqdim edilməsini tələb edə bilərik. Əsassız olaraq təkrarlanan, həddən artıq və ya açıq şəkildə əsassız olan tələbləri rədd edə və ya onlara ödəniş tətbiq edə bilərik.

8. BİRBAŞA MARKETİNQ

İstifadəçi, İstifadəçinin fərdi məlumatlarını birbaşa marketinq məqsədləri üçün istifadə etməyimizi, bazar araşdırmaları və birbaşa marketinq məqsədləri üçün təqdim etməyimizi, yuxarıda göstərilən ünvanlarla əlaqə quraraq və ya Aptekshop Xidmətlərinin funksiyalarından istifadə edərək və ya birbaşa reklam mesajları ilə əlaqədar təklif olunan abunə olma imkanından imtina yoluyla qadağan etmək hüququna malikdir.  

Biz sizə və Aptekshop arasında müştəri əlaqələrinə əsaslanan Aptekshop Xidmətləri haqqında məlumat, xəbərlər və təkliflər göndərə bilərik. Digər hallarda, sizin açıq razılığınız olmadan birbaşa marketinq məqsədli məlumat göndərməyəcəyik. İstifadəçi yuxarıda qeyd olunan ünvanlar vasitəsilə bizimlə əlaqə saxlayaraq və ya Aptekshop xidmətlərinin funksional imkanlarından istifadə edərək, istənilən vaxt birbaşa marketinq, marketinq tədqiqatları və profilləmə məqsədləri üçün İstifadəçinin Şəxsi Məlumatlarından istifadə etməyimizi qadağan etmək (Hesab: Parametrlər: Push Marketing opt-out) və ya birbaşa marketinqin hər hansı bir mesajı ilə bağlı təklif olunan abunəlikdən imtina etmək hüququna malikdir.

9. ŞİKAYƏT VERMƏK

İstifadəçi fərdi məlumatlarının işlənməsini tətbiq olunan məlumatların qorunması haqqında qanunlara zidd hesab etdikdə, İstifadəçi Finlandiyada məlumatların qorunması üzrə yerli nəzarət orqanına, Məlumat Qoruma Ombudsmanına (tietosuoja.fi) şikayət edə bilər. Alternativ olaraq, İstifadəçi yaşadığı ölkənin məlumatların qorunması üçün yerli nəzarət orqanına şikayət edə bilər.

10. MƏLUMATIN TƏHLÜKƏSİZLİYİ

Topladığımız və emal etdiyimiz fərdi məlumatları qorumaq üçün inzibati, təşkilati, texniki və fiziki tədbirlərdən istifadə edirik. Tədbirlərə, məsələn, lazım olduqda şifrləmə, anonimləşdirmə, təhlükəsizlik divarı, təhlükəsizlik qurğuları və giriş hüququ sistemləri daxildir. Təhlükəsizlik nəzarətimiz məlumatların məxfiliyinin, bütövlüyünün, mövcudluğunun, dayanıqlılığının və məlumatları bərpa etmək qabiliyyətinin müvafiq səviyyəsini qorumaq üçün hazırlanmışdır. Biz Aptekshop Xidmətlərini, sistemləri və digər aktivləri təhlükəsizlik həssaslığı üçün mütəmadi olaraq sınaqdan keçiririk.

Təhlükəsizlik tədbirlərinə baxmayaraq, İstifadəçilərin məxfiliyinə mənfi təsir göstərə biləcək bir təhlükəsizlik pozuntusu baş verərsə, müvafiq İstifadəçilərə və digər təsirə məruz qalan tərəflərə, həmçinin müvafiq məlumatların qorunması qanunları ilə tələb edildikdə aidiyyəti qurumlara ən qısa zamanda məlumat verəcəyik.